Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:30

Media eksperti: «Dəyişiklik elastik xasiyyətlidir»


Media eksperti Ələsgər Məmmədli
Media eksperti Ələsgər Məmmədli

-

Dekabrın 16-da ölkə parlamenti «KİV haqqında Qanun»a bir neçə dəyişiklik edib. Bu dəyişiklər arasında xarici mənbədən qanunsuz maliyyələşmə aşkar edildikdə, media orqanının fəaliyyətinin dayandırılması bəndi də var. AzadlıqRadiosu media eksperti Ələsgər Məmmədlinin bu dəyişikliyin zəruriliyi və mümkün təsirləri ilə bağlı fikrini öyrənib.

- Ələsgər bəy, KİV haqqında qanuna edilən dəyişikliyə görə, xaricdən qanunazidd maliyyələşdirmə olduqda, dövlət qurumu həmin mətbu orqanın dayandırılması barədə məhkəmədə iddia qaldıra bilər. Qanunazidd maliyyələşmə nə deməkdir?

- KİV haqqında qanunda göstərilib ki, kimlər media orqanlarının təsisçisi ola bilər. Televiziyarla bağlı birmənalı göstərilir ki, xarici mənbələr təsisçi ola bilməz. Qanunla xarici maliyyələşmə ilə bağlı məhdudiyyətlər var. İndiki halda bu dəyişikliyin tətbiqi hansı formada olacaq, bu, mənim üçün də düşündürücüdür. Qanunazidd maliyyələşmə reklamı nəzərdə tutursa, reklamda ayrıseçkilik mümkün deyil. Reklamın McDonalds-dan, yaxud yerli şirkətdən gəlməsinin fərqi yoxdur. Son vaxtlar sanki bir narahatlıq hiss edirəm ki, necə edək medianı, QHT-ləri nəzarətdə saxlayaq, fəaliyyətini məhdudlaşdıraq. Nəzarət əndişəsi daha yüksək səviyyədə görünür ki, bu da azadlıqları təhdid edən haldır.

- Qanuna belə bir maddə salınması hansı zərurətdən doğur?

- Hüquqi deyil, bəlkə siyasi zərurət var. Son bir ildə Azərbaycanda həm QHT sektoruna, həm də bu sektorun xarici maliyyə qaynaqlarına yönəlik ciddi qanuni dəyişiklik, məhdudlaşdırmalar oldu. Düşünürəm ki, hökumətin xaricdən gələn pulları nəzarətdə saxlamaqla bağlı bir narahatığı var. Çox güman, ölkədə xarici mənbədən maliyyələşən media orqanlarına yönəlikdir bu narahatlıq. Əslində, bu dəyişikllik hüquqi baxımdan ölkədə fəaliyyət göstərən xarici radiostansiyaları ehtiva etməməlidir. Çünki onların təsisçisi də, maliyyəsi də xarici mənbələrdir və maliyyələşdirmə qanuni yolla gerçəkləşdirilir.

- Sizcə, hansı qanuni yollar xarici kapitalın Azərbaycan mediasını maliyyələşdirməsinə yaşıl işıq yandırır?

- Qanunla hüquq həmişə eyni olmur. Qanun məhdudiyyət gətirə bilər. Hüquqsa daha çox ədalət anlayışına söykənməlidir. Azərbaycanda ehtiyac vardımı ki, xaricdən maliyyələşdirmə məhdudlaşdırılsın? Siyasi yanaşma baxımından «yox» deyərdim. Axı ölkəyə nə qədər çox xarici kapital gətirərsənsə, uyğun sektor bir o qədər inkişaf şansı qazanar. Azərbaycanda media bazarı dardır, monopoliya var. İqtisadiyyatımız Gürcüstan və Ermənistandan güclü olsa da, reklam bazarımız onlardan kiçikdir. Bu mənada, mediamızın xaricdən gələn maliyyəyə də, resurslara da ehtiyacı var. Maliyyələşmənin qanunsuzluğuna gəlincə, sözügedən dəyişiklik elastik xasiyyətlidir və gələcəkdə bunu necə tətbiq edəcəklərini indidən demək çətindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG