Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03


Bu gün Brüselldə Avropa İttifaqına (A.İ) üzv olan 28 dövlətin iki günlük sammiti başlanır.

Gözləndiyi kimi hökümət başçıları Avropada iqtisadi vəziyyəti, Avropa İttifaqına üzv ölkələrdə iqtisadi artımın stimullaşdırılmasını, həmçinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

A. İ. liderləri Rusiyada iqtisadi vəziyyətin pisləşəcəyi halda iqtisadi risklərlə bağlı fikir mübadiləsi aparmağı planlaşdırır.

Daha öncə verilən məlumatda bildirilir ki, A.İ. Krıma qoyulan investisiyalara sanksiyaların genişləndirilməsi imkanına baxacaq. Bu haqda Reuters ona təqdim olunan sənədə əsasən məlumat verir.

A.İ nümayəndələrinin hazırladığı təkliflər Rusiyanın martda anneksiya etdiyi Ukrayna ərazisində- Krımda A.İ. ölkələrinin vətəndaşlarına şirkətlərin alınması və maliyyəşdirilməsinə qadağaların tətbiqini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG