Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini hələ ki imzalamayıb.

Bundan öncə bəzi yerli rus saytları artıq qanunun imzalanması barədə məlumatlar yaymışdı. Bildirilirdi ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki mətbuat üçün brifinqdə qanun layihəsinin imzaladığını bildirib. Amma sonradan dövlət departamentinin rəsmi internet səhifəsində qanun layihəsinin hələ imzalanmadığına dair məlumat yayılıb.

Qanun layihəsi Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı həm də Ukraynaya hərbi yardımı nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG