Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Bakının Binəqədi rayonunda sellofan torbada istifadəyə yararlı silah-sursat tapılıb.

APA- nın məlumatına görə, ötən axşam Binəqədi rayonu, Azadlıq prospekti, 189 ünvanında sellofan torbada silah-sursatın küçənin ortasına qoyulması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış torbaya baxış keçirərkən 1 ədəd tapança, 11 ədəd avtomat gülləsi və 2 ədəd istifadəyə yararlı əl-qumbarası aşkar ediblər.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG