Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:16

Avropa Fələstini “prinsipcə” tanıdı, Həməsi qara siyahıdan çıxardı


498 leyhinə, 88 əleyhinə nisbətində qəbul olunmuş qətnamədə deyilir: “Biz prinsipcə Fələstin dövlətini və münaqişənin iki dövlətli həllini dəstəkləyirik”.

Avropa rəsmiləri bildiriblər ki, Parlamentdəki simvolik səsvermənin nəticələriregionda sülhün bərqərar edilməsi yolunda əhəmiyyətli addım olacaq.

Bununla yanaşı, bir çox ekspertlərin fikrincə, AP-nin qətnaməsi bir neçə Avropa ölkəsinin parlamentlərində Fələstin dövlətinin tanınmasına dair qəbul edilmiş qanunlardan daha zəifdir.

Xəbər verilir ki, AP-də keçirilmiş səsvermə üzv partiyalar arasındakı konsensus nəticəsində mümkün olub.

498 leyhinə, 88 əleyhinə nisbətində qəbul olunmuş qətnamədə deyilir: “Biz prinsipcə Fələstin dövlətini və münaqişənin iki dövlətli həllini dəstəkləyirik”.

Bundan bir qədər əvvəl sosial-demokratların, solçuların və yaşılların nümayəndələri parlament təşəbbüsü qaldıraraq Avropa İttifaqının bütün 28 üzvü tərəfindən Fələstinin qeyd-şərtsiz tanınması təklifi ilə çıxış etmişdilər.

Tanıyanlar və tanımayanlar

Ötən oktyabrda İsveç Fələstin dövlətini rəsmən tanıyıb. Britaniya, Fransa və İrlandiya parlamentləri isə nəticəsi hökumət üçün məcburi sayılmayan səsvermələrdə Fələstin dövlətinin tanınmasına tərəfdar çıxıb. Nəhayət çərşənbə günü Lüksemburq parlamentində oxşar qanun qəbul edilib.

Bununla belə, Avropa Parlamentindəki ən böyük qrupu təşkil edən və Liberallar və Demokratların Alyansında dördüncü böyük fraksiya olan mərkəz-sağçı Avropa Xalq Partiyası bildirib ki, Fələstin dövlətinin tanınması yalnız və yalnız İsraillə danışıqlar prosesində baş verə bilər.

Fələstin dövlətini Cənubi Amerika, keçmiş Sovet İttifaqı da daxil olmaqla Asiya və Afrikada demək olar, bütün ölkələr tanıyıblar. Cənubi Qafqazda Fələstini tanımayan yeganə ölkə Ermənistandır.

İsrail işğala 2016-cı ilədək son qoymalıdır

Bu arada BMT Təhlükəsizlik Şurası İsrailin 1967-ci ildə işğal edilmiş ərazilərdən çıxmasını tələb edən qətnaməni qəbul etməyə hazırlaşır.

Bu qənamənin layihəsi fələstinlilərin adından İordaniya tərəfindən təqdim olunub. “The Guardian” qəzeti yazır ki, Fransa tərəfindən də qətnamə layihəsi təklif olunub və görünür bu iki sənəd arasında seçim ediləcək.

Qətnamə layihəsinə əsasən sonuncu İsrail əsgəri işğal olunmuş ərazilərdən 2016-cı ilin noyabrınadək çıxarmıladır.

Fələstinin xarici işlər naziri Riad Malki deyib ki, qətnaməyə ABŞ tərəfindən veto qoyulması mümkündür və buna görə də sənəd konsensus əldə olunmadan səsverməyə çıxarılmaya da bilər.

Beləliklə, İsrail bu həftə bütün Avropa boyunca bir neçə istiqamətdən diplomatik zərbələr alıb.

Elə çərşənbə günü fələstinlilıərin xahişi və Cenevrə konvensiyalarına üzv ölkələrdən 126-nın iştirakilə keçirilən konfransda İsraili beynəlxalq qanunlara hörmətlə yanaşmağa çağıran 10 maddəlik bəyannamə qəbul olunub.

Bəyannamədə İsrailin işğal olunmuş əraziləri məskunlarşdırması qətiyyətlə pislənir. Mətbuat bu bəyannamənin icrasının hökumətlər üçün icbari olduğunu bildirib.

İsrail Avropanı “riyakar” adlandırdı

İsrail Avropa ölkələrini bu konfransı boykot etməyə çağırsa da, onların tədbirdəki iştirakını əngəlləyə bilməyib.

Konfrans İsrail, Kanada və ABŞ tərəfindən boykot edilib.

İsrail iddia edir ki, Cenevrə konfransı insan haqları məsələsini siyasiləşdirib.

ABŞ dövlət katibi John Kerry bildirib ki, İsraildə mart ayına təyin olunmuş seçkilərin nəticələrinə hər hansı şəkildə təsir edə biləcək addımlardan çəkinmək lazımdır.

Fələstinlilər çərşənbə günü daha bir siyasi uğur qazana biliblər.

Avropa İttifaqının ikinci ən yüksək məhkəməsi Həməsi terrorçu təşkilatların siyahısından çıxarıb.

Bununla belə, qərarda deyilir ki, təşkilatın əmlakı üç ay müddətində dondurulmuş halda qalmaqda davam edəcək.

İsrailin baş naziri Binyamin Netanyahu Avropanı “müdhiş riiyakarlıqda” ittiham edib.

O jurnalistlərin suallarına cavab verərkən deyib: “Cenevrədə onlar İsrailin hərbi cinayətlərini təhqiq etməyə çağırıblar, Lüksemburqda isə Avropa İttifaqının məhkəməsi Həməsi terror siyahısından çıxarıb. Belə görünür ki, 6 milyon yəhudinin qətliam edildiyi Avropada çoxları tarixdən heç nə öyrənməyiblər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG