Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

ABŞ prezidenti Barack Obama ABŞ-ın Kuba siyasəti ilə bağlı bəyanatla çıxış edəcək. Həmin çıxış dekabrın 17-də Bakı vaxtı ilə saat 21:00-da olmalıdır.

Obamanın bəyanatı Kuba siyasətində dönüşün başlanğıcı olmalıdır. Bunlara o cümlədən Kubada ABŞ səfirliyinin açılması, əlaqələrin normallaşması daxildir.

Kuba prezidenti Raul Kastro da eyni vaxtda bəyanatla çıxış edeəcək.

Bu ərəfədə Kuba ABŞ-ın yardım işçisi Alan Grossu azad etdi. O, 5 il idi ki,həbsdə idi və onun əsir mübadiləsi ilə azad ediblər.

Gross Kubaya qadağan olunmuş texnologiya gətirdiyinə və Kuba yəhudilərinə internet xidməti yaratmaq istədiyinə görə 15 il həbs cəzası almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG