Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

Yadigar Sadıqovun apellyasiya şikayəti təmin olunmayıb


Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov

Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqov

-

Dekabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun şikayətinə baxılıb. Bu haqda AzadlıqRadiosuna partiya başqanının digər müavinin Elman Fəttah məlumat verib. Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib:

«Yadigar Sadıqov qanunvericiliyə uyğun olaraq ona verilən həbs cəzasının müəyyən hissəsini çəkdiyindən, daha yüngülü ilə əvəz edilməsi üçün məhkəməyə müraciət etmişdi. Qaradağ rayon məhkəməsi onun «əməyə meyilli» olmadığını əsas gətirərək, müraciəti rədd etmişdi. Həmin qərardan apellyasiya şikayəti verilmişdi. Yadigar Sadıqov apellyasiyadakı çıxışında instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu bildirdi. O qeyd etdi ki, onun cəza çəkdiyi müəssisədən bu il məhkəmənin qərarı ilə 200 nəfər məhkumun cəzası dəyişdirilib. Müəssisədə isə, cəmi 60 məhbusun işləməsi üçün ştat var. Belə çıxır ki, cəzası yüngülləşdirilənlərin ən azı 140 nəfəri əməklə məşğul olmayıb. Bu onu göstərir ki, işləməməsini bəhanə gətirərkən, Yadigar bəyə qarşı qərəzli qərar çıxarılıb».

Yadigar Sadıqov ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müavini xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG