Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:43

Pakistan ölüm cəzasının icrasına moratoriumu götürdü


Pakistanın baş naziri Navaz Sharif bəzi cinayətlərə görə ölüm hökmünün icrasına moratorium götürdü. Terrorizmlə əlaqəli cinayətlərə görə ölüm cəzası icra olunacaq.

Navaz Sharifin qərarı dekabrın 16-da Pişəvərdə hərbi məktəbə hücumda 132 şagirdin öldürülməsi ilə bağlıdır.

Pakistan ölüm cəzasının icrasına moratorium 2008-ci ildə qoyub.

Hazırda Pakistanda ölüm cəzasına məhkum olunanların sayı 8000 –dir. Onlardan 800-ü terrorla bağlı hadisələrə görə ölümə məhkum olunub.

XS
SM
MD
LG