Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

İlham Əliyev «Qarabağ» komandasına: «Qələbə bütün dünyanın gözü qarşısında əlinizdən alındı»


İlham Əliyev

İlham Əliyev

Dekabrın 17-də prezident İlham Əliyev «Qarabağ» futbol klubunun üzvlərini qəbul edib.

««Qarabağ» futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir», - deyən prezident Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. Prezident ölkə idmançılarının London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiklərini xatırladıb. «Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu - Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır».

Prezident Əliyev dekabrın 11-də İtaliyanın «İnter» komandası ilə keçirilən oyunda «Qarabağ» komandasının vurduğu qolun hakim tərəfindən hesaba alınmamasını hakim briqadasının qeyri-peşəkarlığı, yaxud da qərəzli mövqeyi nəticəsində baş verdiyini bildirib. «Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı», - deyən dövlət başçısı ədalətsizliklə barışmağın çətin olduğunu, ölkənin də bir sıra məsələlərdə bu faktla qarşılaşdığını vurğulayıb. Qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. Klubun adının «Qarabağ» olmasının da komandanın üzərinə əlavə məsuliyyət qoyduğunu deyən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələcəkdə bu komanda xalqımızı sevindirməkdə davam edəcək.

Komandanın baş məşqçisi Qurban Qurbanov, «Qarabağ» futbol klubunun vitse-prezidenti Tahir Gözəl komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini söyləyib. Prezident İlham Əliyev keçirilən son oyunda hakimlərin ədalətsizliyinə qarşı emosiyalarını cilovlayaraq yüksək mədəniyyət nümayiş etdirən komandanın artıq tarixə düşdüyünü deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG