Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:51

“Axınla aşağı” bədii filminin təqdimatı keçiriləcək


Rejissor Asif Rüstəmov, aktyor Namiq Ağayev

Rejissor Asif Rüstəmov, aktyor Namiq Ağayev

-

Dekabrın 19-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Axınla aşağı" bədii filminin təqdimatı keçiriləcək.

İdmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur.


Namiq Ağayev, Mehriban Zəki və digər aktyorların rol aldığı "Axınla aşağı" filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG