Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

-

Robert Cekuta ABŞ-ın Azərbaycanda səfiri postuna təsdiqlənib. ABŞ-ın ATƏT-in Minsk qrupunda həmsədri James Warlick bu barədə tvitter hesabında yazıb.

Richard M. Mills isə ABŞ-ın Ermənistana səfiri postuna təsdiqlənib. Səfir Warlick hər ikisinin «peşəkar və ən yaxşı diplomat» olduğunu deyib və onların təsdiqlənməsi münasibətilə təbriklərini bildirib.Bu il iyulun 8-də prezident Barack Obama Robert Sekutanın namizədliyini irəli sürüb.

Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları üzrə Bürosunda çalışıb. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edib.

Robert Cekuta diplomat kimi Tokyoda və Berlində xidmət edib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG