Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

Kitabi Dədə Qorqud dastanında türklərin hərb sənəti yer aldı


““Kitabi Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti”

““Kitabi Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti”

-

““Kitabi Dədə Qorqud” oğuz dastanında türklərin hərb sənəti” (Агаев Ю.Ш., Ахмедов С.А. Военное искусство тюрков в огузском эпосе «Китаби Деде Горгуд») adlı kitab çap olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin yaydığı xəbərə görə, kitabın müəllifləri muzeyin əməkdaşları Yusif Ağayev və Səbuhi Əhmədovdur.

Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

Dastan ilk dəfədir ki, orta əsr hərb sənətinin müxtəlif tərəflərini öyrənməyə imkan verən müstəqil qaynaq kimi araşdırılır.

Müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi –hüquqi məqamları araşdırır, silah və sursat adlarını, hərbi vəzifə və rütbələri, taktiki məqamların təhlilini verməklə bərabər, onların sosial, ritual, siyasi köklərini göstərməyə çalışırlar.

Ənənəvi silahları etnik mədəniyyətin vacib komponenti kimi qəbul edən Y.Ağayev və S.Əhmədov Azərbaycanın orta əsr silahlarının xüsusiyyətlərini də göstərirlər.

Müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət edib müqayisəli təhlil aparırlar.

Kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG