Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52

«Dünyada neft qiymətlərinin enməsinin mənə ciddi təsir etməsini istəyirəm»


İqtisadçı ekspert Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli

-

«Mən vətəndaşam, Azərbaycan Respublikasının vətəndaşı və dünyada neft qiymətlərinin enməsinin mənə ciddi təsir etməsini istəyirəm».

Bunu iqtisadçı ekspert Natiq Cəfərli facebook profilində yazıb.

İqtisadçı prezident İlham Əliyevin «dünyada neftin qiymətinin düşməsini Azərbaycanda heç kəs hiss etməyəcək» fikrinə münasibət bildirərək yazıb ki, o, neftin qiymətinin enməsinin yerli bazarda yanacağın qiymətinə də təsir etməsini istəyir:

«Arzu edirəm ki, yanacağın qiymətinin enməsi digər sahələrə də müsbət təsir etsin, ucuzlaşma baş versin. Kənd Təsərrüfatı malları istehsalının və bazarlara çatdırılmasının maya dəyərində 40-45 faiz yanacağın qiyməti dayanır, neftin dünyada qiymətinin enməsinin hiss edə bilsək, yanacaq qiyməti ensə, kənd təsərrüfatı malları da ucuzlaşardı».

Natiq Cəfərli qeyd edir ki, nəqliyyatda (hava və avtomobil) maya dəyərinin 30-35 faizini yanacaq təşkil edir: «Yanacağın qiymətinin enməsi gediş haqlarını, uçaq biletlərini ucuzlaşdırardı. Elektrik enerjisinin alınmasında neft-qazın maya dəyərində payı 50 faizə yaxındır, neftin qiymətinin dünyada enməsini hiss edə bilsəydik, elektrik enerjisi də ucuzlaşardı, evdə işlətdiyimiz qazın da (qaz qiymətləri neftə bağlıdır) qiyməti enərdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG