Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19


Əfqanıstanın Helmand əyalətinin paytaxtında intiharçı bankların birində terror törədib. Bu barədə əyalət rəsmiləri məlumat yayıblar.

Hökumət rəsmisinin dediyinə görə, dekabrın 17-də üzərinə partlayıcı qurğu bağlayan iki nəfər terrorçu Kabul Banka daxil olub və onlardan biri partlayıcı qurğunu işə salıb.

Ölənlər var, amma sayı barədə dəqiq məlumat verilmir. Şahidlərin dediyinə görə, içəridən atışma səsləri eşidilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG