Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Anqela Merkel, Fransa lideri Fransua Olland və Ukrayna rəhbəri Petr Poroşenko Ukraynanın şərqindəki vəziyyəti telefon danışığında müzakirə ediblər. Razılığı gəliblər ki, “normand formatı”nda adlandırdığı telefon əlaqəsini yaxın müddətdə də davam etdirsinlər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər Donbassda atəşin dayandırılmasının, sabitliyi qoruyub saxlamağın vacibliyini vurğulayıblar. Danışıqda həmçinin regionun iqtisadi bərpası və yerli əhaliyə humanitar yardımın göstərilməsi məsələləri də dartışılıb.

Tərəflər əlaqə qrupunun iclasının da tezliklə keçirilməsinin vacibliyini vurğulayıblar.

Prezident Petr Poroşentonun təşəbbüsü ilə dekabrın 9-dan Ukraynanın şərqində atəş dayandırılıb. BMT-nin açıqlamasına görə, Ukraynanın şərqində münaqişə başlayandan – aprelin ortasından bu yana 4707 insan öldürülüb. Bu dövr ərzində yaralıların sayı isə 10 mini keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG