Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Pakistanda matəm elan olunub


Pakistan əsgərləri xilas olmuş məktəbliləri terror yerindən uzaqlaşdırır

Pakistan əsgərləri xilas olmuş məktəbliləri terror yerindən uzaqlaşdırır

Pakistanda üç günlük matəm elan olunub. Dekabrın 16-ı Peşəvər şəhərində talibanın hərbi məktəbə hücumi nəticəsidə 132 məktəbli və 9 məktəb işçisi həlak olub. Hücumu həyata keçirən döyüşçülərdən altısı öldürülüb. Onlarla yaralı var.

Terrora görə məsuliyyəti Pakistan talibançıları öz üzərinə götürüb. Bildiriblər ki, bu, ölkə ordusunun Şimali Vaziristanda talibana qarşı həyata keçirdiyi hərbi əməliyyatın qisasıdır. Baş nazir Nawaz Sharif hücumu “vəhşilərin başlatdığı milli faciə” adlandırıb. Baş nazir parlamentdə olan bütün partiyaları dekabrın 17-də Peşəvərdə toplaşmağa və regionun təhlükəsizlik məsələlərinə dair konfrans keçirməyə dəvət edib.

ABŞ prezidenti Barak Obama deyib ki, terrorçular yenidən öz pozğunluqlarını nümayiş etdiriblər. Obama Pakistana terrorla mübarizədə öz dəstəyini də dilə gətirib.

BMT-nin baş katibi Ban Ki-moon isə olayı “vahimə aktı və eyni zamanda görülməmiş qorxaqlıq” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG