Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:31

Məşhur tennis ulduzu Navratilova keçmiş SSRİ gözəli ilə evləndi


Qadınlar arasında 9 dəfə Uimbldon çempionu olan məşhur tennis ulduzu Martina Navratilova özünün uzun müddətli partnyoru rusiyalı Julia Lemigova ilə evlənib.

Navratilovanın hazırda 58, Lemigovanın 42 yaşı var.

Lemigova iş adamıdır. O, 1990-cı ildə SSRİ-də gözəllik yarışmasının qalibi olub.1991-ci ildə “Miss Universe” yarışmasında SSRİ-ni təmsil edən Lemigova dünyada 2-ci oldu.

Dünyada hələ heç kim 9 dəfə Uimbldon çempionu ola bilməyib. Uimbldon yarışı ot üzərində tennis üzrə faktiki dünya birinciliyidir.

Navratilova 6 dəfə dalbadal Uimblodon çempionluğunu qazanmaqla da rekord vurub. O, ilk böyük idmançıdır ki, biseksual olduğu üzə çıxdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG