Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49

Naxçıvanlı fəal Hicran Qasımovun işi məhkəməyə göndərilib


Hicran Qasımov

Hicran Qasımov

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun cinayət işi üzrə yekunlaşan istintaq materialları məhkəməyə göndərilib.

Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Səadət Qasımova məlumat verib:

«Dekabrın 16-da Hicrana yemək aparmışdıq. Qayıdanda müstəntiqlə görüşdük. Dedi ki, artıq istintaq materiallarını məhkəməyə göndəriblər. Bildirdi ki, bir həftə ərzində məhkəmə başlayacaq. Bildirdik ki, Hicranla görüşmək istəyirik. Cavab verdi ki, iş məhkəməyə göndərildiyindən artıq görüş məsələsi onlarlıq deyil. Gözləyək görək, nə olur».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG