Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:40

"Kitabçı" jurnalının yeni sayında nə var?


-

"Kitabçı" jurnalının yeni - 7-ci sayının əsas mövzusu “Müharibə və ədəbiyyat”dır.

Mövzünü şef-redaktor Seyfəddin Hüseynlinin moderatorluğu ilə yeni ədəbi nəsildən olan yazarlar - Mübariz Örən, Cəlil Cavansir, Vüsal Nuru, Səxavət Sahil, Emin Piri və Ramil Əhməd müzakirə ediblər.

Polşalı şair Zbiqnev Herbertin savaş haqqında şeirləri Səlim Babullaoğlunun, italyan yazıçı İtalo Kalvinonun müharibə mövzulu "Qərargaha gedəndə" hekayəsi S.Hüseynlinin tərcüməsində təqdim olunub.

Dərgidə 1-ci Dünya Müharibəsinin başlandığı məkan olan, zaman-zaman savaş müsibətləri yaşayan Serbiyanın ədəbiyyatına geniş yer ayrılıb.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan "Serbiya xüsusi əlavəsi"ndə böyük ədib, ədəbiyyat üzrə Nobel mükafatçısı İvo Andriçin "Bir dəfə Azərbaycanda" adı ilə təqdim olunan yazısı diqqəti çəkir.

Orijinalda "Sa puta po Azerbjdzanu" adlanan məqalə İvo Andriçin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illiyi ilə bağlı Moskvada və Bakıda keçirilən tədbirlərdə iştirakından sonra yazılıb, 1948-ci ilin 17 fevralında o vaxtkı Yuqoslaviya Yazıçılar Birliyinin mətbu orqanı olan "Knjizevna Novine" qəzetində dərc edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG