Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

-

Xəyalə Sevil

Ay da bükübdü boynunu

Yenə xatirələr yadıma düşüb,

Yuxum da gəlmir ki , yatım tərs kimi.

Hər nə yaşadıqsa sənlə,

Bir azı mənə təsəlli,

Bir azı mənə dərs kimi...

Başımın üstündə yanan ulduzlar

Mənim dərdimə yanıb.

Ay da bükübdü boynunu,

Anam kimi dayanıb.

Axıdımmı gözlərimin yaşını,

Həsrəti diri gətirim.

Ya ufurum ulduzları şam kimi,

Gedim səhəri gətirim?

Asaram özümü göyün üzündən …

Buludların ac it kimi

Elə hürür ki, üstümə, ilahi,

Məni yağışın tutacaq.

Qapından qayıdır Dualarım da,

Məni qarğışın tutacaq.

Ömrüm il-il tokülür,

Daşlayıblar ömrümü.

Bir ulduzsuz gecəyəm,

Bir kimsəsiz küçəyəm.

Bu dəlisov yağışlar

Xoşlayıblar ömrümü.

Eh! Daha əlimi açmaram sənə, Eh!

Daha əllərim qoynumda qalar.

Asaram özümü goyün üzündən,

İlahi, ölümüm boynunda qalar.

Günün bütün mövzuları

XS
SM
MD
LG