Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:25

-

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və beynəlxalq mükafatlar laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş bu filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb.

Filmin çəkilişində Niyazinin mənzil-muzeyinin fond materiallarından istifadə olunub.

Filmdə SSRİ Xalq Artisti Tamara Sinyavskaya, xalq artistləri Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, xalq yazıçısı Anar və digər mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Türkiyədə və Rusiyanın Sankt-Peterburq şəhərlərində aparılan çəkilişlərdə isə vaxtilə maestro Niyazi ilə birgə işləmiş sənət adamlarının maraqlı müsahibələri yer alıb.

“Rast. Niyazi” filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri Eldar Quliyevdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG