Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

Pakistanda hücumda 126 şagird öldürülüb


Pakistanda hərbi məktəbə hücumda 126 şagird öldürülüb.

Pişəvərdəki hücumu Talibanın törətdiyi iddia olunur.

Vilayətin baş naziri Perviz Khattak deyib ki, ümumiyyətlə 132 adam ölüb. 122 şagird də yaralanıb. Bundan əvvəl Khattak 84 şagirdin və 30 yaşlının öldüyünü bildirirdi.

Onun sözlərinə görə, təxminən 30 terrorçu Ordu İctimai Məktəbinə daxil olub və ətrafa atəş açmağa başlayıb.

Talibanın sözşüsü Muhammad Khorasani Radio Mashal-in telefon zənginə cavab olaraq deyib ki, hücumu Taliban törədib. Bu hücum Vəziristandakı hökumət əməliyyatının qisasıdır.

XS
SM
MD
LG