Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

-

“Yarımçıq əlyazma” (İl manoscritto incompleto) romanının İtaliyadakı təqdimat mərasimlərinə qatılan Kamal Abdulla dünya şöhrətli yazıçı Umberto Ekonun istəyi ilə evində görüşərək onu və xanımını Azərbaycana dəvət edib.

Kult.az-ın məlumatına görə, Umberto Eko Kamal Abdullanı öz məşhur və zəngin kitabxanası ilə tanış edib, burada saxlanan qədim əlyazmalar və müasir nadir nüsxələr barədə maraqlı məlumatlar verib.

Görüşdə hər iki yazıçı Azərbaycanın bugünündən, tarix və mədəniyyətindən söhbət edib.

Abdulla Kamal - “Yarımçıq əlyazma”

Abdulla Kamal - “Yarımçıq əlyazma”

Umberto Eko Kamal Abdullanın italyanca çap olunmuş “Yarımçıq əlyazma” romanını oxuduğunu bilidirib. Bu münasibətlə yazıçını təbrik edib və ona öz ürək sözlərini çatdırıb. Roman Sandro Teti Nəşriyyatında çap olunub.

Görüşə qatılan nəşriyyat müdiri Sandro Teti professor Franko Kardininin romana yazığı ön sözlə bağlı Umberto Ekoya sual verib:

“Professor Kardini ön sözdə qeyd edir ki, Kamal Abdulla, heç şübhəsiz, qraf Pototski, dahi Manzoni və eləcə də, professor Ekonun bəyənib təqdir edəcəyi bir əsərlə bizi onlar kimi təəccübləndirir və çaşqınlıq yaradır. Professor Kardiniyə inanmaq olarmı?”.

Görkəmli yazıçı sualı eşidincə gülümsəyib və belə cavablayıb:

“Bu məsələdə mənimlə bağlı professor Kardiniyə inanmaq olar. Manzoniyə gəlincə, o bu dünyada olmadığından Allahdan soruşmaq lazımdır”.

Görüş zamanı Kamal Abdulla professor Umberto Eko və xanımını Azərbaycana dəvət edib.

Ev sahibləri dəvəti məmnuniyyətlə qəbul ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG