Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:25

İqbal Ağazadə: «KİV haqqında qanun dəyişdirilsə, xarcidə deyəcəklər ki,..»


Deputat İqbal Ağazadə

Deputat İqbal Ağazadə

-

Dekabrın 16-da Milli Məclis KİV haqqında qanununa dəyişiklikləri müzakirə edib. Müzakirələrdə iştirak edən deputat İqbal Ağazadə bildirib ki, KİV haqqında qanuna edilən dəyişiklik təkliflərinin heç biri fundamental deyil.

«KİV-in qərəzli yazılarına görə, il ərzində barəsində 2 dəfə məhkəmə qərarı verilən KİV orqanın bağlaması məsələsi hüquqa ziddir. Məhkəmə yalnız bir işlə bağlı bir dəfə qərar verə bilər. Qanunda indiyədək var idi ki, əgər məhkəmə KİV orqanı ilə bağlı qərar çıxarsa, bağlansın. İndiyədək bu təcrübədən istifadə olunubmu? Yox, bəs onda nə baş verir ki, bu 3 dəfəni 2 dəfəyə endirməyi təklif edirsiz?

Hesab edirəm ki, bu dəyişikliyi təklif edənlər Azərbaycanın beyəlxalq aləmdə nüfuzunu, yerini nəzərə almayıblar. Bu dəyişikliyin qəbulundan sonra daxildə də, xarcidə də deyəcəklər ki, KİV haqqında qanuna mürtəce dəyişiklik edildi».

Deputat Rəbiyyət Aslanova isə qanuna dəyişikliyi dəstəkləyib: «KİV haqqında qanuna edilən bu təklif insanların şərəf və ləyaqətini müdafiə edən bir dəyşiklikdir. Bu KİV orqanlarının məsuliyyətini artıracaq. Hesab etmirəm ki, bir KİV orqanı barədə məhkəmə 3 dəfə qərar verəndən sonra bağlanmasının 2 dəfəyə endirilməsi ciddi addımdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG