Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:43

Seymur Baycanın Qarabağ haqda romanı rusca çap edildi


-

"Alatoran" yayınlarının ardınca "Qanun" nəşriyyatı da yazıçı Seymur Baycanın Qarabağ münaqişəsindən bəhs edən "Quqark" romanını rusca çap etdi (Rusca tanıtımını burda oxu)

Həm də avtobioqrafik olan romanın baş qəhrəmanı azərbaycanlı yazardır.

Ermənistandakı yay düşərgəsinə dəvət alır.

Burda o, ermənilərlə ünsiyyətdə olacaq. O ermənilər ki, yazarın öz doğma yurdunu zəbt ediblər. O ermənilər ki, onlar arasında da öz yurdundan didərgin düşənlər, oğlunu müharibədə itirənlər var.

Bütün bunlar baş qəhrəmanı düşündürür, bir çox hadisələri yenidən xatırlamağa, yenidən götür-qoy etməyə məcbur edir.

Üstəlik də o, erməni qızına aşiq olur...

Günün bütün mövzuları

XS
SM
MD
LG