Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:12

Deputat avtobuslarda xüsusi cihazlar quraşdırmağı təklif edir


Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

-

«Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün hətta narkotik vasitələrdən istifadə edirlər».

Bunu Milli Məclisin dekabrın 16-da keçirilən iclasında danışan deputat Qüdrət Həsənquliyev deyib:

«Xaricdə olarkən avtobusdan istifadə etdik, gördük ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məlum oldu ki, sürücüdə kart var, o, bu kartı avtobusun içinə quraşdırılmış cihazda qeydiyyatdan keçirir. Bu deməkdir ki, sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istifadə etsə, yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər».

Deputat qeyd edib ki, Azərbaycanda da bu məsələyə baxılmalıdır. Onun fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır:

«Polis nə qədər fəaliyyət göstərsə də, bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil».

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov məsələyə münasibət bildirib. O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal topoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir:

«Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. Bununla belə avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi müvafiq işlər görür. Yaxın vaxtlarda sərnişindaşıma ilə bağlı köklü dəyişikliklər aparılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG