Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

«Rusiyadan qayıdan azərbaycanlılara kənd təsərrüfatında kömək edilməlidir»


Deputat Fərəc Quliyev

Deputat Fərəc Quliyev

-

Dekabrın 16-da Milli Məclisdə çıxışı zamanı Fərəc Quliyev təklif edib ki, Rusiyadan geri qayıdan azərbaycanlılara əyalətlərdə kənd təsərrüfatını inkişaf etdirmək üçün kömək edilsin:

«Biz büdcəni neftin bir bareli 90 dollardan götürmüşdük, amma il boyu neft orta hesabla 100 dollara satıldı. Bundan 1 milyard dollarlıq ehtiyat yaranıb ki, təklif edirəm, həmin vəsait əsasında fond yaradılsın. Rusiyadan qayıdan azərbaycanlıların az-çox pulu var, onlar fonda bir layihə ilə müraciət etsinlər. Layihənin bir qismini də fond maliyyəşdirsin».

Fərəc Quliyev təklifini onunla əsaslandırır ki, Rusiyada işləyən azərbaycanlıların bu ölkədəki vəsaitləri inflyasiya nəticəsində əriyəcək, amma Azərbaycanda hökumət dəstək versə, onlar öz vəsaitlərini vətənə gətirərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG