Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Sidneydə (Avstraliya) kafedən girovların xilas edilməsi zamanı üç adam, o cümlədən kafeni girov götürən terrorçu Man Haron Monis adlı İrandan qaçmış dini xadim də həlak olub. Yaralılar da var.

Bundan öncə CNN yerli televiziyaya istinadən məlumat yayıb ki, kafedə atışma zamanı iki nəfər ölüb, yaralılardan üçünün vəziyyəti ağırdır.

Polisin son məlumatına görə, terrorçu “Lindt” kafesində 17 nəfəri girov saxlayıb. Onlardan 5-i kafeni hələ atışmadan öncə tərk edə bilmişdi. Amma hansı yolla tərk etdikləri hələ ki məlum deyil.

Avstraliyanın yerli mediasında bildirilir ki, özünü internetdə “şeyx Haron” adlandıran Man Haron Monis İrandan 1996-cı ildə qaçıb. 2013-cü ildə o, ölkə sərhədlərindən kənarda həlak olan avstraliyalı hərbçilərin ailələrinə təhqiredici məktublar göndərməkdə günahlandırılıb.

O, həm də öz həyat yoldaşını öldürməkdə və 47 cinsi zorakılıq cinayətlərində də ittiham olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG