Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:21

Rusiya Mərkəzi Bankı illik əsas faiz dərəcəsini 10,5 faizdən 17 faizə qaldırıb. Bu barədə məlumat bankın rəsmi internet səhifəsində 16 dekabra keçən gecə dərc olunub.

Məlumatda bildirilir:

“Rusiya Mərkəzi bankının direktorlar şurası qərar qəbul edib ki, dekabrın 16-dan illik əsas faiz dərəcəsini 17 faizədək qaldırsın. Belə bir qərara səbəb son zamanlar artmaqda olan devalvasiya və inflyasiya risklərini azaltmaqdır”.

2014-cü ilin əvvəlindən Mərkəzi Rusiya Bankı əsas faiz dərəcəsini artıq 6 dəfə artırıb – 5,5 faizdən başlayaraq. Sonuncu artım dekabrın 11-də olmuşdu – 9,5 faizdən 10,5 faizə qaldırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG