Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:51

Dekabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Malta Respublikasının Baş naziri Cosef Muskat ilə görüşüb.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Maltanın Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Azərbaycanın Baş naziri Artur Rasizadə bildirib ki, təkbətək görüşdə bir çox vacib məsələlər müzakirə olunub.

Cosef Muskat ölkələrimiz arasındakı münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan Malta üçün vacib ticari tərəfdaşa çevrilir. İki ölkə arasında imzalanan sənədlər əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkan yaradır.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıblar.

Eyni zamanda, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Natiq Əliyev və Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi imzalayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG