Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

-

Tanınmış rus yazıçısı Boris Akunin yazacağı hekayədə personajlardan birinin adını hərraca çıxarıb.

Ad 610 min rubla (təxminən 10 min dollara) satılıb.

Amma müştəri hələ ki novella qəhrəmanı üçün hansı adı seçəcəyini müəyyənləşdirməyib.

Bu barədə məlumatı yazıçı öz Facebook səhifəsində paylaşıb.

Yazıçı müştərini bir az cəld tərpənməyə çağırıb.

"Biri var personajın adı İzumrud Yaxtonov olsun, biri də var Matilda Xryuşkina" - deyə yazıçı qeyd edib.

Akunin deyir ki, Xryuşkina soyadına qarşı allergiyası yoxdur, sadəcə personajın adını tez bilmək istəyir.

Çünki ada uyğun olaraq hekayənin tonu da fərqli ola bilər..

Hərrac xeyriyyə məqsədilə keçirilib.

Pullar «Нужна помощь» (Kömək lazımdır) könüllülər qrupuna veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG