Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

Avstraliya polisi Sidney terrorçusuna qarşı xüsusi əməliyyat keçirib (VİDEO)


Sidney (Avstraliya). 15 dekabr 2014. Girov dramından görüntü

Sidney (Avstraliya). 15 dekabr 2014. Girov dramından görüntü

Sidney polisi şəhərin mərkəzində kafedə onlarla adamı girov saxlayan terrorçuya qarşı xüsusi əməliyyat həyata keçirib.

Terrorçunun Man Haron Monis adlı İrandan qaçmış dini xadim olduğu bildirilir.

50 yaşlı bu adamın seksual zorakılıq və qətl də daxil olmaqla bir sıra cinayətlərdə ittiham olunduğu bildirilir.

Girovların sayı dəqiq bəlli deyil.

Gün ərzində bir neçə nəfər adam, terrorçunun əlinqdən qurtulub kafeni tərk edə bilmişdi.

Polis rəsmiləri terrorçu ilə danışıqlar aparırdır.

Günün sonunda polis kafeyə hücum edəndən sonra, oradan onlarla adamın qaçaraq çıxdığı TV kanalların canlı yayımında görünürdü. Hadisə yerində atəş səsləri eşidilir, təcili yardım işçilərinin bir neçə nəfəri xərəklə çıxardığı görünür.

Baş verənlər haqda hələlik rəsmi məlumat verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG