Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Orxan Eyyubzadənin anası: «Əfv ərizəsi yazmadığına görə oğlumu «kars»a salıblar»


Orxan Əyyubzadə
Orxan Əyyubzadə

-

Həbsdə olan siyasi fəal Orxan Əyyubzadə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında cəzalandırılıb.

Bu haqda AzadlıqRadiosuna fəalın anası Rəhimə Məmmədova məlumat verib. Onun bildirdiyinə görə, Orxan artıq dördüncü gündür «kars»da saxlanır:

«Dekabrın 15-də görüşə getmişdim, rəis dedi ki, artıq 3 gündür «kars»dadır. Səbəbini açıqlamadı. Təcridxana rəhbərliyi bir neçə dəfə əfv ərizəsi yazmaq üçün Orxana müraciət edib. Hər dəfəsində də rədd cavabı alıblar. Buna görə də onu hər dəqiqə təzyiq altında saxlayırlar. Bununla bağlı həbsxana nəzarətçilərindən biri ilə mübahisəsi olmuşdu. Nəzarətçi Orxana deyib ki, bunun əvəzini çıxacaq. Bu dəfə də 7 sutkalıq «kars»a salınıb. Əfv ərizəsi yazmadığına görə cəzalandırılıb. Ehtimal edirik ki, bu işdə həmin nəzarətçinin də əli var».

Orxan Eyyubzadə bu ilin mayında tutulub. Ona polis əməkdaşlarına zor tətbiqetmə ittihamı ilə cinayət işi qaldırılıb. Oktyabrın 15-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadənin 2 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, Bakı 2 saylı İstintaq Təcridxanasında saxlanılır.

Ədliyyə Nazirliyi və Ombudsman Aparatından bu yaxınlarda bildiriblər ki, həbsxanalarda saxlanan dustaqlara heç bir təzyiq olunmur.

XS
SM
MD
LG