Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

-

Türkmənistanda Məxdumqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərə Aşqabadda onun adını daşıyan Dövlət Universitetində təntənəli mərasimlə yekun vurulub.

Mərasimdə türkoloq Ramiz Əsgərə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə təsdiq edilmiş “Məxdumqulu” medalı təqdim olunub.

Medalı Ramiz Əsgərə Türkmənistan Məclisinin sədri Akca Nurberdiyeva verib.

Tədbirdə Türkmənistanın dövlət və hökumət üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, görkəmli alim və mədəniyyət xadimləri, eləcə də, Məxdumqulu Fəraqinin əsərlərini tərcümə etmiş müxtəlif ölkə təmsilçiləri iştirak ediblər.

Məxdumqulu “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb.

Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ sayılır.

Şairin kitabları Azərbaycanda da nəşr olunub.

Dünya ədəbiyyatı klassikləri” seriyasından Məxdumqulunun 5 kitabı işıq üzü görüb.

Son illər Ramiz Əsgər Məxdumqulunun və davamçısı Molla Nəfəsin kitablarını Azərbaycan dilinə çevirib.

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məxdumqulu ili” elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG