Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Rəsul Cəfərovun istintaqı yekunlaşıb


Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov

-

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovunun işi ilə bağlı istintaq başa çatıb. Bu haqda AzadlıqRadiosuna hüquqşünas Günay İsmayılova məlumat verib:

«Cinayət işi artıq yekunlaşıb. Rəsul Cəfərova qarşı irəli sürülən ilkin ittihamlar QHT-lərin işi üzrə idi. Sonradan isə əlavə ittihamlar irəli sürülüb. Rəsul Cəfərov materiallarla tanış olduqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək».

Rəsul Cəfərov avqustun 8-də 3 ay müddətinə həbs olunub, sonradan – oktyabrın 23-də məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.

Əvvəl ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülmüşdü. Dekabrın 12-də isə Prokurorluq ona Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2 (mənimsəmə və ya israf etmə) maddələri ilə əlavə ittihamlar irəli sürüb. Hüquq müdafiəçisi özünə qarşı ittihamları rədd edir, bunu özünün fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG