Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:31

“Putindən iyrənirəm”


Herta Müller
Herta Müller

-

“Putin Sovet İttifaqının dağılması reallığını qəbul edə bilmir. Onilliklər boyu onlar Şərqi Avropada bizim ömrümüzü çürüdüblər. Putin və onun “KQB”si bizim daha bu cür yaşamaq istəmədimiz reallığını qəbul etmir”.

Rumıniyadan olan alman yazıçı Herta Müller bunu Luiziana Ədəbiyyat Festivalında deyib.

Onun sözlərinə görə, ukraynalılar öz seçdikləri yolla getmək istəsələr də, Rusiya buna imkan vermək istəmir: “Özümü onların yerinə qoyuram. Mən də orda olsaydım, fərqli yaşamaq istəyən ukraynalılar qədər risklə üz-üzə qalardım”.

2009-cu ilin Nobel mükafatçısı olan H.Muller hesab edir ki, Putin öz ölkəsinin problemləri ilə məşğul olsaydı, daha yaxşı olardı: “Öz ölkəsində infrastruktur yaratsın, elə etsin ki, insanların ayaqqabıları və dişləri olsun. Belə olsa müharibə haqqında düşünməyə vaxtı qalmaz”

1953-cü il doğumlu H.Muller Sovet hökumətinin qurduğu oyuncaq Rumıniya hökuməti dövründə təhlükəsizlik orqanlarının basqıları ilə üzləşib.

XS
SM
MD
LG