Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:15

BBC, «Azadlıq» və «Amerikanın səsi» radiostansiyalarına yanvarın 1-nə qədər vaxt verildi


Yanvarın 1-nə qədər münasibətlərə aydınlıq gətirilmədiyi halda, yerli radiolara verilmiş tezliklərdə yayımlandıqları üçün BBC, «Azadlıq» və «Amerikanın səsi» radiostansiyalarının yayımı dayandırılacaq.


Oktyabrın 14-də mətbuat konfransı keçirən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli belə deyib. Ekspertlərin rəylərini ciddi qəbul etmədiyini deyən Nuşirəvan Məhərrəmli qurumun verdiyi qərarların səhv və ya doğruluğunu ayrı-ayrı ekspertlərin deyil, məhkəmənin ayırd etməyə haqlı olduğunu bildirib.


Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə hesab edir ki, radiostansiyalar verilən vaxt çərçivəsində -- yanvarın 1-dək vəziyyəti normal qaydada nizama salacaqlar.


BBC, «Azadlıq» və «Amerikanın səsi» radiostansiyalarının Azərbaycanda verilişlərini yayımlayan ANS ÇM radiosunun direktoru Ziya Nəzirli isə deyir ki, məsələnin tezliklə nizama salınması üçün lazımi addımlar atılacaq.


XS
SM
MD
LG