Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

-

Milli Təhlükəsizlik Nazirliyi (MTN) bildirir ki, İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilən 35 kiloqram 500 qramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısını alıb.

MTN-in İctimai Əlaqələr İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Taleh Bunyadov, İbrahim ƏhmədovCeyhun Məmmədov şübhəli şəxs qismində saxlanıb. Onlardan külli miqdarda narkotik vasitə olan - 3 kiloqram 97 qram heroin və 27 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Nazirlik başqa bir əməliyyatla «İran-Azərbaycan» marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Rəşad ƏhmədovAdil Qarayevi saxlayıb. Onlardan 4 kiloqram 952,90 qram tiryək aşkar edilərək götürülüb.

Daha bir əməliyyat-axtarış tədbiri ilə Eldar Məmmədov saxlanıb, ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı MTN-in İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başladıb. Saxlananlar təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG