Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

İntiqam Əliyevə yeni ittiham verildi


Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə yeni ittiham irəli sürülüb.

İntiqam Əliyev indiyədək Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilirdi.

Dekabrın 15-də Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevlə görüşmüş vəkil Cavad Cavadov «Media forum» saytına deyib ki, bu ittihamlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə) maddəsi də əlavə olunub.

Vəkilin sözlərinə görə, İntiqam Əliyev barəsində başlanmış cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Bakı İstintaq Təcridxanasına gələrək yeni ittihamı İntiqam Əliyevə elan edib.

Beləliklə, İntiqam Əliyev Cinayət Məcəlləsinin dörd maddəsi (213.1, 308.2, 192.2, 179.3.2) ilə təqsirləndirilən şəxsə çevrilib.

Cavad Cavadov «Media forum»a açıqlamasında bildirib: «Biz bu ittihamla da razı deyilik və onu da əsassız sayırıq. Bu maddənin irəli sürülməsi üçün də hər hansı tutarlı fakt və arqument yoxdur».

Vəkil onu da qeyd edib ki, İntiqam Əliyevin işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Sayta açıqlamasında Cavad Cavadov İntiqam Əliyevin səhhətində ciddi problemlərin olduğunu da söyləyib: «Bir yerdə yarım saat oturan kimi sağ ayağı tutulur. Penitensiar Xidmətin rəsmiləri deyirlər ki, İntiqam Əliyev təcridxana şəraitində müalicə olunur. Amma biz bu müalicəni görmürük. Ona yalnız ağrıkəsici verilir. Buna müalicə demək olmaz və heç bir nəticəsi yoxdur».

İntiqam Əliyev avqustun 8-də tutulub, həmin vaxt barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 3 ay uzadılıb.

İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG