Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

“Ukraynanı Avropa Birliyində gözləmirlər”.

Bu sözləri Rusiyanıın baş naziri Dmitry Medvedev “Nezavisimiya qazeta”da çap edilən məqaləsində yazır.

Baş nazir “Russiya və Ukrayna: yeni qaydalarla həyat” sərlövhəli məqaləsində yazır ki, Sovet İttifaqı dağılandan bəri Rusiya Ukraynaya az əl tutmayıb, “faktiki onu saxlayıb”.

Ancaq bir il ərzində “dostluqlar, yaxın münasibətlər yalnız xatirələrdə qaldı”.

Medvedev yazır ki, hazırda Ukraynanın başı üzərini xarici borc, defolt və “ikinci 90-cı illər” təhlükəsi alıb.

Baş nazir məqaləsində vurğulayır ki, Ukraynanın əziyyətli günləri Kiyev rəhbərliyinin Rusiyadan asılığının azalması, Avropaya yaxınlaşması məsələsini qaldırandan sonra başlayıb.

Medvedev yazır ki, yeni şərtlərlə münasibətləri qurmaq üçün Moskva “doğmalıq hisslərini” və emosiyalarını bir qırağa qoyub Ukrayna iqtisadiyyatına kömək etməməlidir:

“Bu bizə sərf etmir. Düzünü desək, bezdirib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG