Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:03

Əli Həsənov: “Dini cərəyanları dövlətin üzərinə qaldırmaq istəyənlər var”


İDyaraqlılarının bayrağı

İDyaraqlılarının bayrağı

-

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS televiziyasında "Hesabat" verilişinin qonağı olub.

- Yəqin siz də mənlə razılaşarsız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşmalar var. Məscidə od vururlar və yaxud hardasa hansısa addımlar atılır bu istiqamətdə. Düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılova faktoru əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır.

- Administrasiyadan bu məsələlər necə görünür? Deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə bu, belə deyil. Azərbaycan vətəndaşı firavan, sabit, normal bir həyat yaşamağa meyllidir. Və bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşayiət edirik. Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər. Bunların içərisində həm adını çəkdiyiniz vəhhabilər də var, bunların içərisində deyək dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər-digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətini sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə Azərbaycan dövlətinin sabitliyində maraqlı qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycanla sabit əlaqələrində maraqlı olan üzvləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsi ilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olmayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və.s. Təkrar edirəm, bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına uyğun, onların davranışlarına uyğun hadisələr deyil.

HƏMSƏDRLƏRİ BERLİNƏ APARAN NƏDİR?

ATƏT-in Minsk qrupunun həmsədrləri Almaniyanın paytaxtı Berlində toplaşıblar. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Almaniya hökumətinin dəstəyinə nail olmaqdan ibarətdir.

“Media forum” saytına açıqlama verən politoloq Elman Nəsirli deyib ki, həmsədrlərin Almaniyaya üz tutmaları bir sıra nəticələrə gəlməyə əsas yaradır:

“Bu addım həmsədrlərin vasitəçilik missiyasının uğursuzluğunun etirafı kimi dəyərləndirilə bilər. İstisna deyil ki, həmsədrlər uğursuz vasitəçilik səylərini Almaniyanın bu prosesə cəlb olunması hesabına kompensasiya etmək niyyətindədirlər. Görünür, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Almaniya ilə “5+1” formatı çərçivəsində İranın nüvə proqramı danışıqlarında əməkdaşlıq etməsi təcrübəsi həmsədrlərin diqqətindən yayınmayıb. Bu məntiqdən çıxış edərək ehtimal etmək olar ki, həmsədrlər Berlində Dağlıq Qarabağ münaqişəsinin sonrakı tənzimlənməsi prosesində Almaniyanın timsalında “3+1” formatı çərçivəsində danışıqların davam etdirilməsi siyasətinin anonsunu verə bilərlər”.

XARİCDƏN BAHA QİYMƏTƏ GƏTİRİLƏN MAL-QARANIN FAYDASI YOXDURSA...

Azadlıq qəzeti: Xəbər verildiyi kimi, Azərbaycana xaricdən daha 7100 baş heyvan gətiriləcək. Bu barədə “Trend”in yaydığı məlumatda bildirilir ki, 2009-2013-cü illərdə Azərbaycana xaricdən 10 min 695 baş heyvan gətirilərək kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə lizinqə verilib. Hazırda belə heyvanların sayı artaraq 28 min başa çatıb. Bu ilin avqust və sentyabr aylarında keçirilən tender nəticəsində ölkəmizə daha 7100 baş Holştin friz və simmental cinsindən olan damazlıq inəklərin gətirilməsi nəzərdə tutulub.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Azərbaycana çoxlu sayda cins mal-qara gətirilməklə paralel, daha çox süd məhsulları idxal olunur. Ekspert südlük istiqamətdə ölkəyə cins mal-qara gətirildiyi və bu yöndə ciddi artım olduğu halda, həm də hər il əvvəlki illərlə müqayisədə daha çox süd və süd məhsulları idxalını paradoks adlandırır:

“Südlük istiqamətdə cins mal-qara gətirilirsə, bu, özünü mütləq süd istehsalında göstərməlidir. Süd istehsalı artmalıdır, bu, mümkün olmursa, onda problemin kökünü axtarıb tapmaq lazımdır. Ölkəyə baha qiymətə iribuynuzlu cins mal-qara gətirməkdənsə, mövcud olan cins mal-qaranın tərkibini yaxşılaşdırmaq lazımdır. Bunun üçün keyfiyyətli toxum gətirməklə süni mayalandırma yoluyla yerli şəraitə daha tez uyğunlaşa biləcək cins mal-qara yetişdirmək mümkündür. Yəni, mövcud olan inəklərdən südlük istiqamətdə yeni cins alınar və bu da müsbət nəticə verər”.

“AMERİKADA HƏR GECƏ YUXUMDA KƏNDİMİZİ GÖRÜRƏM”

“Yeni Müsavat”: Son zamanlar ABŞ-Azərbaycan münasibətlərindəki gərginliklər gündəmin əsas müzakirə mövzularındandır. Rusiya ilə münasibətlərin istiləşməsi fonunda rəsmi Bakı Vaşinqtondan insan haqları ilə bağlı tənqidlərə sərt reaksiya verir.

Hesab olunur ki, Obamanın namizədi olan yeni səfirin Senatda təsdiqlənməsindən sonra münasibətlərdə yeni mərhələnin şahidi ola bilərik. Ancaq hələ ki, münasibətlər “soyuq müharibə” mərhələsindədir. Bir müddətdir ki, ABŞ-da səfərdə olan konfliktoloq, tədqiqatçı alim Elxan Mehdiyevlə ABŞ-Azərbaycan münasibətləri, Amerikada son günlər yaşanan gərginliklər və digər mövzularda danışdıq.

- Vaşinqtonun Azərbaycana yeni səfir təyinatından sonra münasibətlərdə nə gözlənilir? Yeni səfir vəziyyəti dəyişə biləcəkmi?

- ABŞ-ın əvvəlki səfiri Morningstarın Azərbaycanın indiki hakimiyyəti ilə 90-cı illərdən yaxın münasibətləri var idi. Deməli, məsələ şəxsdə deyil. Əsas məsələ münasibətləri soyudan hallar, faktlardır. Bu da indiki dönəmdə Azərbaycanda demokratiya və söz azadlığı məsələləridir. Bu cür soyuq münasibət Brayza Azərbaycana səfir gəlməzdən öncə də davam edirdi. Uzun müddətdir təhlükəsizlik, enerji və İran məsələləri ABŞ-Azərbaycan ikitərəfli münasibətlərdə üstün yer tutur. Azərbaycan rəhbərliyi bu əməkdaşlığın müqabilində ABŞ-ın daxili siyasətə göz yummasını istəyir. ABŞ bu cür sövdələşmələrə Yaxın Şərq və körfəz ölkələrində getmişdi. Və orada demokratik yox, monarxist repressiv sistemlər mövcuddur. Lakin keçmiş sovet bloku ölkələri üzrə bu cur siyasət yürüdülmür. Digər tərəfdən də bu bölgələrin cəmiyyətləri də Yaxın Şərq və körfəz sahili cəmiyyəti deyil. Bu baxımdan yeni səfir Azərbaycanın suverenliyi və müstəqilliyini, enerji təhlükəsizliyinə Azərbaycanın müsbət töhfəsini, demokratik islahatların vacibliyini önə çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG