Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:05

Sovet dövründən qalan əmanətlərlə bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq


Əhalinin Sovet dövründən banklarda qalan əmanətləri ilə bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq. Milli Məclisin İqtisadi siyasət məsələləri Daimi Komissiyasının sədri Ziyad Səmədzadə deyir ki, hazırda Prezident Aparatında bu qanun layihəsi üzərində iş aparılır:


«Milli Bank və «Kapital» Bankın hesablamalarına görə, 1 milyondan çox adamın əmanətindən söhbət gedir. Əmanətlərin qaytarılmasına təxminən 500-600 milyon dollar sərf ediləcək».


Ziyad Səmədzadə hesab edir ki, qanun layihəsinin parlamentə daxil olması Azərbaycanda daxili borc məsələsində müsbət irəliləyişə gətirib çıxaracaq.


Maliyyə naziri Samir Şərifov əmanətlərin 2007-ci il yanvarın 1-dən qaytarılmağa başlayacağını deyib. Bəzi ekspertlər isə hesab edirlər ki, bu proses 2008-ci ilin prezident seçkisinə qədər uzana bilər.


XS
SM
MD
LG