Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Erdoğan «Gülen-in yalançıları» üzərinə hücuma başladı


Foto arxivdəndir.

Foto arxivdəndir.

-

Türkiyədə polis Fethulla Gülen-ə bağlı olduğu iddia edilən “Zaman” qəzetinin redaksiyasına və “Samanyolu” telekanalına keçirdiyi reyd əsnasında 23 nəfəri həbs edib.

Həbs olunanlar qanunsuz təşkilat qurmaqda və dövləti ələ keçirmək cəhdində ittiham edilirlər.

Mətbuat xəbər verir ki, bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın hazırda ABŞ-da könüllü sürgündə olan Fethullah Gülen-in “Hizmet” təşkilatı üzərinə yeni həmləsidir.

Həbs olunanların arasında jurnalistlərin, prodüserlərin və redaktorların olduğu xəbər verilir. Türkiyənin şərq bölgəsində bir polis rəisi də həbs edilib.

“Zaman” polis reydindən xəbərdar olub

Türkiyədən alınan xəbərlərdə deyilir ki, polis “Zaman” qəzetinin binasına səhərin erkən saatlarında reyd keçirmək istəyərkən etirazçıların izdihamı ilə üzləşib. Etirazçılar polisi geri oturda bilsələr də, sonradan həbslərə başlanıb.

Qəzet hadisələrin inkişafı əsnasında məlumatları yaymaqda davam edirmiş.

“Zaman”ın baş redaktoru Ekrem Dumanlı öz fotosunu tvit edib. O şəklin altında polisin geri oturulduğunu yazıb: “Zabitlər dostlarımın demokratik reaksiyasına görə geri çəkildi. Mən öz yerimdə oturmuşam və gözləyirəm”.

Lakin bundan sonra, günorta keçirilən ikinci reyd zamanı baş redaktoru həbs ediblər.

Polis onu apararkən Dumanlı: “Qoy cinayət edənlər qorxsunlar” – deyə bildirib.

İldönümü

İstanbulda mənzillənmiş BBC təhlilçisi Mark Lowen bildirir ki, bu həbslərin vaxtı təsadüfi seçilməyib.

Müxbir xatırladır ki, bu gün bir il əvvəl partlamış korrupsiya qalmaqalından tam bir il keçir.

O vaxt polis və prokurorluq Erdoğanı və onun yaxın çevrəsini korrupsiya iddiaları ilə hədəfləmişdi.

Bu hadisələr zamanı 4 nazir istefaya getməli olmuşdu və hökumətin iflası gözlənilirdi.

Lakin cənab Erdoğan vəziyyətə nəzarəti heyrətamiz şəkildə ələ ala bilmiş və “paralel dövlət” adlandırdığı gülençilərə qarşı əks-hücuma keçmişdi.

O zamandan bəri Erdoğan rəqiblərinə qarşı kampaniyasını bir an da dayandırmayıb və hazırkı həbslər ona müxalif olanlar üzərinə hücumun ikinci mərhələsi kimi qiymətləndirilir.

Mətbuat azadlığı və “Gülen-nin yalançıları”

Bununla belə, Qərb mətbuatı bildirir ki, son həbslər beynəlxalq miqyasda azad media üzərinə hücum kimi qiymətləndiriləcək.

Türkiyə hazırda “Sərhədsiz müxbirlər” təşkilatının mətbuat azadlığı indeksində 180 ölkə arasında 154-cü yeri tutur.

Bir çox təhlilçilər qeyd edirlər ki, Ankara “antidövlət ünsürləri”nə qarşı mübarizənin içərisdində həm də ümumən müxalifəti zəif salmağa çalışır.

Lakin Türkiyə hökuməti bu qənaətdədir ki, hazırda Qərbin siyasi xəttinə tabe olmayan Türkiyəyə qarşı qəsd həyata keçirilir.

Fethullah Gelen-ə bağlılığı ilə tanınan “Samanyolu” telekanalının prezidenti Hidayet Karaca İstanbulda keçirilən ayrıca reyd zamanı həbs olunarkən hadisəni “rüsvayçılıq” adlandırıb.

Türkiyə ana müxalifətinin lideri Kemal Kılıcdaroglu isə son həbsləri “dövlət çevrilişinə” bənzədib.

“Zaman” qəzetinin həbsə hazır vəziyyətdə gözləməsi ondan xəbər verir ki, polisin sıralarındakı proseslərdən ona xəbərlər sızdırılırmış.

Ötən cümə Erdoğan Gülen-in tərəfdar və “yalançıları”na qarşı amansız mübarizəyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG