Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

İqlim dəyişikliyi ilə bağlı "zəifdən də zəif" razılaşma


BMT-nin İqlim dəyişikliyi ilə danışıqlarında atmosferə atılan zəhərli qazların azaldılması kvotasını müəyyən etmək üçün kompromis variant əldə edilib.

Dünyanın 190 ölkəsinin rəsmiləri Perunun paytaxtı Limada 2 həftə boyu davam edən danışıqların müddətini daha 2 gün uzatmışdılar.Konfransa sədrlik edən Perunun Ekologiya naziri Manuel Pulgar-Vidal deyib ki, rəsmilər ölkələrin götürəcəkləri öhdəliklərlə bağlı ortaq məxrəcə gəliblər. Onun sözlərinə görə, razılaşma ideal olmasa da, bütün tərəflərin mövqelərini özündə əks etdirir və gələn ilin yaylnda Paris sammitində təsdiqlənə bilər.

Ancaq WWFekologiya qrupunun rəhbəri Sam Smith deyib ki, razılşamadakı öhdəliklər öncədən nəzərdə tutulanlarla müqayisədə zəifdən də zəifdir.

Alimlərin qənaətinə görə, atmosferə atılan zəhərli qazların üzündən başlanan iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsi qalxır, bəzi yerlədə dözülməz isti iqlim və quraqlıqlara, bəzilərində isə daşqınlara səbəb olacaq və bu da planetin yaşam imkanlarına ciddi təhlükədir.

XS
SM
MD
LG