Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

Narkotik ittihamı ilə tutulan Müsavatçının həbs müddəti yenə uzadıldı


Musavat partiyasının 12 mart 2011 aksiyasında həbslər
Musavat partiyasının 12 mart 2011 aksiyasında həbslər

Müsavatçı fəal Sirac Kərimlinin həbs müddəti 2 ay uzadılıb. Məhkəmə dekabrın 13-də keçirilib. Bu barədə AzadlıqRadiosuna onun vəkili məlumat verib. Vəkil Nemət Kərimli bildirir ki, həbs müddəti fevraın 17-nə dək uzadılıb:

"Onun həbs müddəti ikinci dəfədir uzadılır. Adətən bu praktika istintaqı mürəkkəb işlərdə tətbiq olunur, Siracın işində heç bir mürəkkəblik yoxdur. O siyasi girov kimi saxlanılır."

Vəkil Sirac Kərimovun səhhətinin pis olduğunu qeyd edib. O bildirib ki, müvəkkilinin müalicəsi üçün bir sıra dövlət qurumlarına müraciət edilib:

"Onun şiddətli ürək ağrıları var. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimləri onu müayinə ediblər. Bir-iki dərman atır, amma bunun heç bir köməyi dəymir. Siracın istintaq təcridxanasından kənar müalicə müəssisəsində müayinədən keçməsi üçün təcridxana rəisinə müraciət etmişik. Ombudsman aparatı da penitensiar xidmətə də təzəlikcə onun başqa yerdə müalicəsi üçün müraciət edib. Qızıl Xaç komitəsi də onunla görüşüb."

Vəkil bildiir ki, Sirac Kərimovun qəbul etdiyi dərmanların dozası iki dəfə artırılsa da heç bir köməyi olmur.

Sirac Kərimov iyulda saxlanılıb. Ona qarşı narkotik ittihamı irəli sürülüb.

Həbsindən bir neçə gün sonra onun qardaşı Fərəc Kərimov da narkotik ittihamı ilə həbs olunur. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt Müsavat başqanının müavini təyin edilib.

Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.

Beynəlxalq Amnesty İnternational təşkilatı həbsdə olan müsavatçı fəal Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlini «vicdan məhbusu» elan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG