Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Lavrov və Kerry-nin görüşündə yeni sanksiyalar və Ukrayna diqqətdə olacaq


Birləşmiş Ştatların dövlət katibi John Kerryvə Rusiyanın xarici işlər naziri Sergei Lavrov dekabrın 14-də Romada görüşəcəklər. Bu barədə Vaşinqton və Moskvada rəsmilər bildirib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkovun sözlərinə görə, Lavrov Ukrayna Azadlığa Dəstək Aktı adlanan ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi haqqında Moskvanın narahatlıqlarını bildirəcək.

Bu layihəyə Rusiyaya qaşı sərt sanksiyalar nəzərdə tutur. Ryabkov bildirib ki, əgər həmin qanun layihəsi təsdiqlənərsə Moskva bunu cavabsız qoymayacaq. Sözü gedən qanun layihəsi 350 milyon dollar dəyərində hərbi texnika ilə təhcizi də nəzərdə tutur. ABŞ prezidenti Barack Obama hələlik bu layihəni imzalamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG