Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Naxçıvanlı fəal Hicran Qasımovun nədə günahlandırıldığı bəlli oldu


Hicran Qasımov

Hicran Qasımov

-

Naxçıvanda həbsdə olan AXCP fəalı Hicran Qasımovun işi üzrə istintaq yekunlaşıb.

Bu haqda AzadlıqRadiosuna fəalın xanımı Səadət Qasımova məlumat verib. Onun dediyinə görə, Hicran Qasımovun hansı maddə ilə ittiham olunduğu da bəllidir:

«Vəkil zəng etmişdi. Dedi ki, Hicranın istintaqı yekunlaşıb və dekabrın 15-də məhkəməyə təqdim olunacaq. Həbs olunandan bəri nədə ittiham olunduğu haqda qəti söz demirdilər. Nəhayət məlum olub ki, Hicran Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunur. Bu maddələrin hamısı qanunsuz açılıb. Hicranın heç bir günahı yoxdur».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG