Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Gəncədə icra başçısını döyənlərin ikisi həbs edilib


Gəncədə sakinlərin etirazından ilkin görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Gəncədə sakinlərin etirazından görüntü

-

Gəncənin Nizami rayon icra başçısı, onun müavini və 5 polis əməkdaşının döyülməsi ilə bağlı cinayət işi açılıb.

Bu haqda Baş Prokurorluq və DİN məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 10-da Nizami rayon İcra Hakimiyyəti Gəncənin Cavad xan qəsəbəsində qanunsuz tikililərlə bağlı tədbir keçirən zamanı bir qrup sakin Gəncə-Göygöl avtomobil yolunu bağlayıb.

Məlumatda qeyd olunur ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən Nizami rayon İcra Hakimiyyətinin başçısı da daxil olmaqla bir neçə nəfər xəsarət alıb. Polisə məxsus 3 xidməti avtomobilin şüşələri sındırılıb.

Faktla bağlı Nizami şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi açılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Aqil SəmədovƏrşad Nağıyev saxlanıblar.

Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirildiyi bildirilir.

Gəncədə etiraz daha ətraflı
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

XS
SM
MD
LG