Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

-

“10 ildir ki, ev növbəsindəyəm. Dəfələrlə rayonun icra hakimiyyəti başçısının qəbulunda olmuşam. Deyir, məndə ev yoxdur”.

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Astara sakini olan 2-ci qrup əlil Aslan Fərzəliyev deyir. Onun sözlərinə görə, uzun illərdir kirayədə yaşayır. İstəyi - rayonda tikintisi yenicə başa çatmış əlillər üçün binadan 1 otaqlı mənzildir:

“Hər dəfə əlillər üçün ev tikib paylayanda elə bilirəm kirayədə keçirdiyim son günlərimi yaşayıram. Ancaq proses bitəndən sonra çox məyus oluram. Çünki həmişə siyahıdan kənarda qalıram. Aldığım təqaüdün hamısını kirayəyə ödəyirəm. Onun-bunun köhnə pal-paltarını geyinirəm, qohum-qonşunun verdiyi ərzaqlarla qidalanıram".

DEDİLƏR, GET PROBLEMİNİ İCRA HAKİMİYYƏTİ İLƏ HƏLL ELƏ

Mənzil problemini həll etmək üçün Prezident Administrasiyasına da gedib. Ancaq deməsinə görə, ona bildirilib ki, rayona qayıdıb bu məsələni icra başçısı ilə özü dil taparaq həll etsın:

“Pulsuz ev yoxdur. Şəhid ailələri və əlillər üçün tikilmiş binalardan ev əldə etmək üçün də rüşvət vermək lazımdır. Dil tapmaq da odur ki, gərək rüşvət verəm. Pulum olsaydı, elə ev bazarına gedərdim, evi ordan alardım. Əlillər üçün evlər tikilir və rüşvətlə satılır”.

Astaranın icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsindən “Qaynar xətt”ə bildirdilər ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota dayanan vətəndaşlara, yaşayış sahələri, inşa edilən yaşayış binasının təyinatı nəzərə alınmaqla növbəlilik qaydasında verilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG