Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

-

“Oğlum və başqa iki gənc Bakıda fəhləliklə məşğul olurdular. Keçən ilin avqust ayında iş yerlərindən kirayədə qaldıqları Ələtdəki evə getmək üçün taksiyə miniblər. Yol haqqı kimi 16 manat danışılıb, ancaq üstlərində cəmi 12 manat olduğundan pulu tam ödəyə bilməyiblər. Vəd ediblər ki, qalan pulu tezliklə gətirib sürücüyə verəcəklər. Sürücü əsəbiləşib, “102”yə zəng vurub, yalandan məlumat verib ki, guya sərnişinlər onu qarət edərək 300 manatını götürüblər. Oğlumu da, fəhlə yoldaşlarını da həbs ediblər. Onların yerini dörd gün bizdən gizlədiblər”.

"AZAD EDİLMƏSİ ÜÇÜN PUL İSTƏDİLƏR"

Sabirabadın Şəhriyar kənd sakini Ağaverdi Əmənov “Qaynar xətt”ə həbsdə olan oğlu Eldar Əmənovun həbsindən danışır. O bildirir ki, qurama ittihamlarla həbs olunmuş oğlunun azadlığa buraxılması üçün istintaq orqanının ondan 25 min manat pul istədiyini iddia edir.

Şikayətçi:

“Halbuki, zərərçəkmiş kimi tanınan taksi sürücüsü sonradan ərizə yazaraq qarət olunmadığını bildirib. “102”yə zəngini isə əsəbiləşməsi ilə əlaqələndirib”.

Ağaverdi Əmənovun deməsinə görə, işi aparan müstəntiq onunla köhnə bir söhbətin ədavətini aparır. Ata deyir ki, yaşadığı kəndin cavanları işsizlikdən paytaxta üz verir. Onların bir qismi həbsə düşür, bir qismi ağır iş başındaca canını tapşırır. Elə onun digər oğlu kimi:

BİR OĞLU TİKİNTİDƏ ALDIĞI XƏSARƏTDƏN ÖLÜB

“İki il əvvəl o biri oğlum Bakıda tikintidə qəzaya düşərək öldü. Mənə kompensasiya kimi 20 min manat verdilər. O işi də həmin müstəntiq aparırdı. İndi deyir, gətir o pulu ver mənə, bu oğlunu buraxım”.

Cinayət işinin istintaqını Qaradağ rayon polis idarəsinin istintaq şöbəsi aparır. İdarədən Ağaverdi Əmənovun dediklərini təkzib ediblər. Bildiriblər ki, oğlu Eldar Əmənovun cinayət işi üzrə istintaq müstəntiq Rəşad Nuriyevin icraatındadır. İstintaq yekunlaşmaq üzrədir. Eldar Əmənovun təqsirli olub-olmadığını yaxın vaxtlarda gözlənilən məhkəmə araşdıracaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG